Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti görüşü sentyabrın üçüncü ongünlüyündə Nyu Yorkda BMT Baş Assambleyasında keçiriləcək. Trend-in məlumatına görə, bu barədə RİA novosti Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviçə istinadən yazır.
“Həmsədrlərin növbəti görüşü təxminən sentyabrın üçüncü ongünlüyündə Nyu Yorkda BMT Baş Assambleyasının meydanında keçiriləcək “, – Lukaşeviç deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır… Trend.