Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ-ın rəsmi mövqeyini ifadə etmir

Nümayəndələr Palatasında ermənipərəst qüvvələr tərəfindən Dağlıq Qarabağla bağlı tədbirin keçirilməsi ABŞ dövlətinin rəsmi mövqeyini ifadə etmir. Trend-in məlumatına görə, bunu bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib.
Muradova qeyd edib ki, ABŞ Konqesinin Nümayəndələr Palatasının rəhbərliyinin ermənipərəst mövqe tutması haqqında fikirlər yeni deyil. “Nəinki Dağlıq Qarabağ, o cümlədən dəfələrlə uydurma “erməni soyqırımı ” məsələsi burada daim gündəliyə gətirilir. Bütün bunlar erməni diasporunun və erməni maraqlarına xidmət edən dairələrin fəal işinin nəticəsidir “, – vitse-spiker deyib…
Trend.