Kazan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı hələ ki irəli addım atılmayıb. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
“Xarici işlər naziri Elmar Məmmədyarov bu yaxında Nyu Yorkda həmsədrlərlə görüş keçirdi, amma inanmıram ki, orada irəliləyiş əldə edilsin. Çünki həmsədrlər yəqin anlayırlar ki, Ermənistanın mövqelərində dəyişiklik olmalıdır “, – Əzimov bildirib.
Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər… Trend.