Ermənistan Silahlı Qüvvələrinin bölmələri dörd istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin dörd istiqamətdə bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 25-də saat 10.20-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
– saat 22.10-dan 22.20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 22.10-dan 22.20-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;
– sentyabrın 26-də saat 00.20-dən 00.25-dək, 02.40-dan 02.44-dək və 03.10-dan 03.20-dək Füzuli rayonunun Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.