Ermənistan rəsmilərinin çıxışları ilə əlaqədar olaraq vəziyyət gərginləşib və Azərbaycandan olan ziyalıların Dağlıq Qarabağa getməsi asan məsələ deyil. Trend-in məlumatına görə,
bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
“Ermənistan da qonşudur. Ermənistanda da ziyalılar var. Təbii ki, bu münaqişə nə vaxtsa qurtaracaq və biz bir yerdə yaşamalı olacağıq “, – səfir deyib.
Onun sözlərinə görə, bu gün Bakıda 30 minədək erməni yaşayır.
“Demək, bir yerdə yaşamaq mümkündür “, – Bülbüloğlu əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir. Bunu qarşı tərəfə də, yaradıcı insanlarla, ziyalılarla görüşüb, onlara da izah etmək lazımdır… Trend.