“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi ” kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi ” kitabının macar dilində tərcüməsinin təqdimatı keçirilib. Tədbirdə Macarıstanın dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri, tanınmış alimlər, hüquqşünaslar, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbiri açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə Macarıstan ictimaiyyətinin məlumatlandırılması baxımından macar dilində qeyd edilən kitabın nəşri olduqca vacib hadisə və təbliğat sahəsində atılan növbəti mühüm addımdır.
Daha sonra kitabın müəllifi Namiq Əliyev çıxış edib. O, öz çıxışında kitabın məzmunu, Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi və hazırkı durumu, habelə mümkün tənzimləmə yolları barədə iştirakçılara məlumat verib… Trend.