Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 23-də saat 17.50-dan 18.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 18.45-dən 18.50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən;
– saat 20.30-dan 20.38-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.