Aytən İmanova/AZADİNFORM. Bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirakının nəzərdə tutulmaması ilə əlaqədar Seçki Məcəlləsinin 212-ci maddəsinə dəyişiklik edilməlidir”.
“Azadinform” xəbər verir ki, bu məsələni Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi və Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bu gün keçirtdiyi mətbuat konfransında qaldırıb. Belə ki, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı 2009-cu ildə olduğu kimi bu il də bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirakının nəzərdə tutulmadığından şikayətlənib. “2009-cu ildə MSK rəsmiləri “dünya təcrübəsində məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması hələ də tapılmayıb”, yaxud “budəfəki seçkilər yerli özünüidarəetmə orqanlarına keçirildiyindən qanunla bu şəxslərin səsvermədə iştirakı mümkün deyil” və s… “Azadinform” xəbər verir ki, bu məsələni Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi və Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bu gün keçirtdiyi mətbuat konfransında qaldırıb. Belə ki, AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı 2009-cu ildə olduğu kimi bu il də bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirakının nəzərdə tutulmadığından şikayətlənib. “2009-cu ildə MSK rəsmiləri “dünya təcrübəsində məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakının forması hələ də tapılmayıb”, yaxud “budəfəki seçkilər yerli özünüidarəetmə orqanlarına keçirildiyindən qanunla bu şəxslərin səsvermədə iştirakı mümkün deyil” və s. açıqlamalar verməklə bələdiyyə seçkilərində məcburi köçkünlərin iştirak etməməsinə haqq qazandırıblar. Biz bunu Konstitusiyanın 56-cı maddəsi ilə təsbit olunmuş seçki hüquqlarının pozulması kimi dəyərləndiririk” – deyə o söyləyib. Onun sözlərinə görə, 2009-cu ildə keçirilmiş seçkilər 1718 bələdiyyəni əhatə edib və 108 seçki dairəsində keçirilib. 17 DSK məcburi köçkün rayonlarını əhatə etdiyindən bu dairələr üzrə seçki keçirilməyib: “Seçkilərdən sonra isə MSK Seçki Məcəlləsinin 240.2 maddəsinə müvafiq olaraq 9 bələdiyyə üzrə seçkinin nəticələrini etibarsız hesab edib. Hazırda MSK noyabrın 30-u bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirəcək. Həmin gün 330 bələdiyyə üzrə 464 üzv seçilməlidir”. İctimai Birliklər bu ayrıseçkiliyin aradan qaldırılmasını və Seçki Məcəlləsinin 212-ci maddəsinə dəyişiklik edilməsini təklif ediblər.