Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün əsaslar var

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün artıq əsaslar var, bunun üçün yalnız münaqişə tərəflərinin siyasi iradəsi lazımdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Böyük Britaniyanın Ermənistanda missiyasını başa çatdıran səfiri Çarlz Lonsdeyl mətbuat konfransında ATƏT-in Minsk qrupunun fəaliyyətini qiymətləndirərkən deyib.
O etiraf edib ki, Ermənistandakı fəaliyyəti illərində Dağlıq Qarabağ münaqişəsi üzrə tərəqqi gözlədiyindən az olub. “Təbii ki, biz sülh haqqında artıq imzalanmış müqaviləni görmək istəyərdik, lakin ilk növbədə, bu məsələ münaqişə edən ölkələrin rəhbərliklərindən asılı olacaq ” , – diplomat qeyd edib… Trend.