Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq əlaqələr komitəsinin sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Trend-in məlumatına görə, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsindən danışan Əsədov bildirib ki, əlaqələrimiz bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir və bu əlaqələr digər dövlətlər üçün nümunədir. Bu günədək ölkələrimiz arasında 170-ə qədər hüquqi sənəd imzalanıb. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə imzalayıblar. Bu bizim münasibətlərimizin ən yüksək səviyyədə olduğunun nümunəsidir… Trend.