“Ermənistanın ağlı başında olsa, işğal etdiyi torpaqlardan çəkilər”

“Hazırkı durum davam etdikcə Sürix protokollarını gündəliyə salmayacağam, hökumətimizlə də bu mövzuda həmfikirik”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Volkan Bozkırın APA-ya müsahibəsi.
– Türkiyə Böyük Millət Məclisi və Azərbaycan Milli Məclisi arasındakı münasibətlərinin hazırkı səviyyəsi sizi qane edirmi?
– Türkiyə ilə Azərbaycan həqiqətən də bir millət, iki dövlətdir. Hazırkı dövlət başçılarımız və bundan əvvəlki prezidentlərimiz arasında da münasibətlər həmişə yaxın, isti, dost kimi, dünyada görünməyən səviyyədə olub. Təbii ki, parlamentlərarası münasibətlərin də sadaladığım kimi yaxın olması çox təbiidir. Türkiyədə bir müddət əvvəl parlament seçkiləri keçirildi, parlament rəhbəri, komissiya sədrləri seçildi… Apa.