Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katalikosu II Qaregin Yerevanda görüşün yekunu üzrə bəyannamə qəbul ediblər. Trend-in məlumatına görə, bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının zəruriliyi qeyd edilir. Məlumatı Novosti-Armeniya yayıb.
“Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarına və bu həllin ancaq beynəlxalq hüquq əsasında ola biləcəyini bildiriblər “, – patriarx Kirill görüşdən sonra jurnalistlərə deyib.
Patriarxın sözlərinə görə, bununla əlaqədar tərəflər ATƏT-in Minsk qrupunun cəhdlərinin dəstəklənməsi barədə bəyan ediblər.
O xatırladıb ki, əvvəllər üç ölkənin dini liderləri əsirlərin və öldürülənlərin cəsədlərinin qaytarılması barədə təşəbbüslə çıxış ediblər…
Trend.