Erməni katalikosu Dağlıq Qarabağ münaqişəsində vasitəçiliyə görə patriarx Kirillə təşəkkür edib

Bütün ermənilərin katalikosu II Qaregin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və regionda sülhün bərqərar olunmasında göstərdiyi vasitəçilik cəhdlərinə görə patriarx Kirillə və Rus provaslav kilsəsinə təşəkkür edib.
“Təşəkkürümüzü Sizə və Rus provaslav kilsəsinə çatdırırıq. Ona görə ki, qarşıdurmanın ilk günlərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və sülhün bərqərar edilməsi məqsədilə vasitəçilik cəhdləri göstərilib “, – katalikos Rus provaslav kilsənin rəhbəri və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bildirib.
“Ümumi cəhdlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağına, xalqlarımız və dövlətlərimiz – Azərbaycan və Ermənistan arasında mehriban münasibətlərin bərpa olunacağına tam ümidliyəm “, – II Qaregin deyib…
Trend.