ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vilnüsdə Nazirlər Şurasının irəliləyişə nail olduğunu qeyd edib və ATƏT-ə üzv olan 56 ölkəni çərşənbə günü başa çatan görüşdə qaldırılan problemlərin qəbul edilmiş həllərinə arxalanmağa çağırıb.
Ajubalis regionda uzunsürən münaqişələrin həlli üçün stimullara arxalanmağın vacibliyini qeyd edib: “Mən Dnestryanı probleminin nizamlanması prosesinin gündəliyə qayıtması ilə bağlı xüsusilə qürur duyuram. Rəsmi danışıqların bərpa edilməsi ilə gələcəkdə irəliləyiş əldə edəcəyimizə ümid edirəm. Burada, eləcə də Cənubi Qafqazda Cenevrə müzakirələri və Minsk qrupu vasitəsilə. Mən qəti şəkildə əminəm ki, son vaxtlar haradasa altı ildən sonra Dnestryanı nizamlanmasında əldə olunan irəliləyiş ümid etməyə və səylərimizi ikiqat artırmağa ümid verir “… Trend.