Dağlıq Qarabağ və ətrafındakı rayonların Ermənistan tərəfindən işğalına ən qısa müddətdə son qoymaq, azərbaycanlı qaçqınların rahatca evlərinə dönməsini təmin etmək üçün Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin İndoneziyanın Palembanq şəhərində keçirilən konfransinda çıxışı zamanı bildirib… Trend.