Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilməlidir. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə deyib. Görüş 48-ci Münhen beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutub.
“Dağlıq Qarabağ problemini yalnız sülh yolu ilə həll etmək olar. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişə tərəfləri arasında razılaşmaların əldə olunmasına və problemin həll olunmasına hərtərəfli yardım göstərməkdə davam edəcək “, – Klinton görüşdə bildirib… Trend.