Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsi tərəfləri onun nizamlanmasına yaxındırlar

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxındırlar. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Türkiyənin “Hürriyyət Daily ” qəzetinə müsahibəsində deyib.
“Danışıqlarda nəhəng irəliləyiş var və tərəflər sıçrayışa çox yaxındır “, – Brayza deyib.
Onun sözlərinə görə, yalnız tərəflərin çətin və riskli siyasi qərar qəbul edəcəkləri halda razılaşdırılacaq bir neçə əsas məsələ qalıb.
Eyni zamanda, Brayzanın sözlərinə görə, belə qərar yalnız tərəflərin ABŞ və Fransa tərəfdən siyasi dəstək hiss edəcəkləri halda qəbul edilə bilər… Trend.