Pakistan Azərbaycan ərazilərinin işğalını, habelə erməni hərbi qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqrımı qəti şəkildə pisləyən qətnaməni qəbul etməklə beynəlxalq ictimaiyyəti Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini yerinə yetirməyə vadar etməyə çağırıb. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.
“Qətnamə dünya ictimaiyyətinə Ermənistan tərəfini bütün işğal edilmiş ərazilərin dərhal azad edilməsi haqqında BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə məcbur etmək çağırışından ibarətdir. Qətnamənin Xocalı soyqırımında bütün təqsirkarların məsuliyyətə cəlb edilməsinə çağırması da az əhəmiyyətli deyil “, – səfir Trend-ə müsahibəsində deyib… Trend.