“Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir”

Xocalı coyqırımının 20-ci ildönümü ilə əlaqədar “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin fevralın 17-də keçirdiyi Dəyirmi Masa bu mövzuya həsr olunmuşdu.
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri professor Nadir Abdullayev 20 il əvvəl erməni-rus silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş qətliam barəsində məlumat vermişdir…
Təbirdə bir sıra beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlament və hökumətlərinə müraciət qəbul edilmişdir. Müraciətdə deyilir: “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, dünya dövlətlərinin parlament və hökumətlərinə müraciət edərək onlardan erməni-rus silahlı qüvvələri tərəfindən törədilmiş və bütöv bəşəriyyətə qarşı yönəlmiş Xocalı soyqırımını tanımağı və pisləməyi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli nizamlanması üçün mümkün olan hər şeyi eləməyi xahiş edir”.