Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması üçün istintaq-əməliyyat qrupu lazımi işləri görür. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirilən tədbirdə çıxışı zamanı Baş prokurorun böyük köməkçisi Azər Əsgərov deyib.
Onun sözlərinə görə, xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədi ilə 2003-cü ilin sonlarından Azərbaycan Respublikası baş prokurorunun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb… Trend.