Xocalıda əsir düşmüş şəxslər Parisdə soyqırımla bağlı tədbirə qatılacaqlar

Dağlıq Qarabağın azərbaycanlı icması Xocalı soyqırımının tanıdılması istiqamətində silsilə tədbirlər keçirmək üçün Avropa ölkələrinə səfər edir. Bu barədə Trend-ə çərşənbə günü “Dağlıq Qarabağın Azərbaycanlı İcması ” İctimai Birliyinin üzvü Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, fevral ayının sonuna kimi icma üzvləri Xocalı sakinləri və soyqırım günü əsirliyə düşmüş şəxslərlə birgə Almaniya və Belçikada tədbirlər keçirəcək. “Bir qrup şəxs Fransanın paytaxtı Parisdə də Xocalı faciəsi ilə bağlı tədbirlərə qatılacaq “, – Rzayev deyib… Trend.