Türkdilli ölkələrin diasporlarının hamısı Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün birgə çalışırlar. Bu barədə çərşənbə axşamı Trend-ə Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklərlə İş üzrə Departamentin rəisi Kamal Yurtnaç deyib.
“Dağlıq Qarabağ münaqişəsi həm də Türkiyənin və bütün türk dünyasının problemidir. Bu problemin həlli üçün bütün türkdilli ölkələrin diasporlarının çalışması lazımdır “, – Yurtnaç bildirib… Trend.