Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir.
Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 13-də saat 13:00-dan 13:15-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 21:50-dən 22:00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:50-dən 22:52-dək, 22:55-dən 23:00-dək, 22:50-dən 23:09-dək və martın 14-də saat 03:15-dən 03:20-dək Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 03:35-dən 03:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.