Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan düşünməyə əsas verdilər ki, görüşlərin tempini artırmaq və sülh prosesini aktivləşdirmək niyyətindədirlər. Bu da doğrudan da 2014-cü ildə nikbinlik üçün əsas verir. Bunu Trend-ə eksklüziv müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib…
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan düşünməyə əsas verdilər ki, görüşlərin tempini artırmaq və sülh prosesini aktivləşdirmək niyyətindədirlər. Bu da doğrudan da 2014-cü ildə nikbinlik üçün əsas verir. Bunu Trend-ə eksklüziv müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib. Onun sözlərinə görə, son bir neçə həftə ərzində Azərbaycan və Ermənistanın dövlət rəsmilərindən danışıqlar prosesi ilə bağlı nikbin qiymətləndirmələr səsləndirildi.
A.Kaspşik bildirib ki, tərəflərin icazəsi və dəstəyi ilə ATƏT-in missiya üzvləri 2013-cü ildə qoşunların təmas xəttinə 17 dəfə baş çəkiblər: “Yerli komandirlər, icra hakimiyyəti, mülki vətəndaşlar bu səfərlər zamanı bəzi ciddi məsələləri qaldırdılar. Problemlər əsasən ondan ibarətdir ki, atəşkəs rejiminin pozulması səbəbindən və minalarla bağlı mülki şəxslərin, hərbçilərin həyatı üçün təhlükə törədən risklər və təmas xəttinin yaxınlığında yaşayanlara çox yorucu psixoloji və iqtisadi təsirlər mövcuddur “.
A.Kaspşik qeyd edib ki, 2013-cü ildə atəşkəs rejiminin pozulması nəticəsində ölən və yaralananların sayı ötən ilə nisbətən azdır: “Buna baxmayaraq, atəşkəs haqqında saziş özünütənzimləmə olaraq qalır, risklər heç vaxt olmadığı qədər ciddidir və təmas xəttinin yaxınlığında yaşayanlar atəşkəs rejimi möhkəmlənmiyənədək çətinliklər çəkəcəklər “.
A.Kaspşikin sözlərinə görə, Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsinin etimad tədbirlərinin hazırlanması məqsədi ilə tərəflərlə iş üçün mandatları var: “Azərbaycan və Ermənistan prezidentləri danışıqlar üçün yaxşı mühit yaratmaq məqsədi ilə atəşkəs rejiminin və etimadın möhkəmləndirilməsi üzrə əlavə tədbilər görməyə çağırıblar “.
O deyib ki, etimad tədbirlərindən biri tərəflər arasında, o cümlədən ziyalılar, elmi və ictimai dairələrin nümayəndələri arasında humanitar təmasların inkişafı olacaq.
A.Kaspşik müsahibəsində bildirib ki, onun komandası mümkün hərbi insidentlərin araşdırılması üçün mexanizmlər hazırlamağa kömək edir: “Bəzi etimad tədbirlərini yaratmaq, digərlərini həyata keçirməkdən daha çətindir, lakin gec və ya tez onlar təmas xəttində və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərdə gərginliyi azaltmağa, hərbçilərin və təmas xəttinin yaxınlığında yaşayanların üzləşdiyi risklərin azaldılmasına, eləcə də danışıqlar üşün yaxşı mühit yaratmağa kömək edəcək. Bu da öz növbəsində prezidentlərə möhkəm siyasi tənzimləmə yolunda aydın tərəqqi əldə etməyə imkan yaradacaq “. /Trend/