Hətta neftin qiyməti bir barel üçün 40 dollara düşsə belə…
Hətta neftin qiyməti bir barel üçün 40 dollara düşsə belə.
OPEK neftin qiyməti bir barel üçün 40 dollara düşsə belə, neft hasilatına olan kvotanın saxlanılması barədə qərarını dəyişməyəcək.
Bunu Blooomberg agentliyinə BƏƏ energetika naziri Suheyl əl-Mazuri bəyan edib.
“Biz qərarımızı qiymətlərin 60 və ya 40 dollara yaxınlaşdığı üçün dəyişməyə hazırlaşmırıq”, – əl-Mazuri agentliyə bəyan edib.
OPEK neft hasilatına kvotanın saxlanılmasına dair qərarı tezliklə dəyişmək fikrində deyil. Nazir bildirib ki,OPEK-ə növbədənkənar iclas üçün ən azı bir rüb vaxt lazımdır. O qeyd edib ki, cari şərait belə iclasa əsas vermir.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, Əl-Mazurinin qeyd etdiyinə görə, OPEK-in təcili iclası barədə planın mövcudluğundan xəbərsizdir.
Cümə günü Venesuelanın xarici işlər nazirliyinin əməkdaşı bəyan edib ki, ölkə neftin qiymətinin ucuzlaşması fonunda OPEK-in iclasının keçirilməsini dəstəkləyir. Agentlik qeyd edir ki, Venesueladan görüş haqqında rəsmi sifariş təqdim edilməyib.
Vyanada noyabrın 27-də keçirilən 166-cı görüşdə OPEK-in üzv ölkələri 2015-ci ilin iyun ayında keçiriləcək növbəti iclasa qədər neftin hasilatına olan kvotanın gün ərzində 30 milyon barel səviyyəsində saxlanılmasını qərara aldılar.
OPEK Yaxın Şərq və Şimali Afrikanın səkkiz ölkəsi, Nigeriya, Anqola, Venesuela və Ekvador daxil olmaqla 12 üzvü birləşdirir.