Nazir: Bir çox obyektlərdə əlillər üçün rahatlıq yox səviyyəsindədir

“Binalar əlillərə uyğun tikilmir”…

“Binalar əlillərə uyğun tikilmir”.

Bu gün Azərbaycanda bir çox obyektlərdə əlillər üçün rahatlıq yox səviyyəsindədir.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycanda əlilliyin qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar” mövzusunda keçirilən beynəlxalq seminarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

“Binalar əlillər üçün müəyyən olunmuş standart qaydalarına uyğun tikilmir. Bu istiqamətdə universal qaydalar olmalıdır”, – o deyib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 300 000 daimi əlil var.

“Bizim əsas hədəfimiz cəmiyyətin bir parçası olan əlillərə hamı ilə eyni hüquqlara malik olduğunu aşılamaq olmalıdır”, – deyə o, bildirib.

 

www.oxu.az