ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə və İordaniyaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.
“ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri 4-14 dekabr tarixlərində Türkiyəyə və İordaniyaya səfər edəcək”, – deyə məlumatda bildirilir.
Cefrinin hər iki ölkədə yüksək vəzifəli şəxslərlə görüşəcəyi və Suriyadakı vəziyyətin həllini müzakirə edəcəyi qeyd olunur.
Bundan əvvəl Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.