ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Türkiyə və İordaniyaya səfər edəcək

ABŞ Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə və İordaniyaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri 4-14 dekabr tarixlərində Türkiyəyə və İordaniyaya səfər edəcək”, – deyə məlumatda bildirilir.

Cefrinin hər iki ölkədə yüksək vəzifəli şəxslərlə görüşəcəyi və Suriyadakı vəziyyətin həllini müzakirə edəcəyi qeyd olunur.

Bundan əvvəl Tramp və Ərdoğan Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.