Bakıda ədliyyə, azadlıq, təhlükəsizlik və insan hüquqları və demokratiya məsələləri üzrə Avropa İttifaqı-Azərbaycan alt-komitəsinin yeddinci iclası keçirilir.
“Report” xəbər verir ki, görüş zamanı tərəflər bütün müvafiq sahələrdə əldə olunan nailiyyətləri qiymətləndirəcək və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını araşdıracaqlar. Görüşdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir.
Xatırladaq ki, ədliyyə, azadlıq, təhlükəsizlik və insan hüquqları və demokratiya məsələləri üzrə Avropa İttifaqı-Azərbaycan alt-komitəsinin altıncı iclası 2017-ci ilin oktyabr ayında Brüssüldə keçirilib.