Belçika poçtundan maraqlı addım

Belçika Poçt Təşkilatı heyvanlara həsr olunmuş poçt blokunu təqdim edib.

Trend-in “Azərpoçt” MMC-yə istinadən verdiyi məlumata görə, “Heyvanlar işdə” adlanan bu miniatür blok beş markadan ibarətdir. Orijinal markaların ölçüləri 50х30 mm, 30х40 mm, 40х30 mm, vərəqin ölçüsü isə 200х120 mm təşkil edir. Dizaynı Andre Buzena və Kris Maesa aid olan bu maraqlı poçt bloku “Stamps Production Belgium” tərəfindən işiq üzü görüb.

Poçt markası 30 yanvar 2019-cu ildə tədavülə buraxılıb. Tiraj sayı haqqında heç bir məlumat verilməyib.

Trend