Yunanıstan hökuməti adalarda vəziyyətin dözülməz olduğunu nəzərə alaraq miqrasiya siyasətini sərtləşdirəcək.
AZƏRTAC xəbər verir ki, hökumət minlərlə miqrantı digər ölkələrə, o cümlədən Türkiyəyə göndərməyi planlaşdırır. Bununla əlaqədar miqrantlar üçün təhlükəsiz ölkələrin siyahısı tərtib ediləcək və yaxın zamanlarda açıqlanacaq. Gələn ilədək Türkiyəyə 10 min miqrantın göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, son bir neçə həftədə Yunanıstanın Lesbos adasına miqrant axını güclənib. Burada ümumilikdə 12 min miqrant var. Adada fəaliyyət göstərən qaçqın düşərgəsi isə yalnız 3 min miqrant üçün nəzərdə tutulub. Vəziyyət gündən-günə gərginləşir. Düşərgələrdə yer çatışmazlığı tez-tez münaqişələrin baş verməsinə səbəb olur.
AZƏRTAC