“Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində kargüzarlıq işinin təşkili və aparılması qaydaları” mövzusunda təlim keçirilib
Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrinin, eləcə də regional miqrasiya idarələrinin kargüzarları üçün təşkil olunan təlimdə miqrasiya orqanlarında kargüzarlıq işlərinin təşkili və aparılması, arxiv işinin təşkili, sənədlərin icra intizamı və mövcud vəziyyət müzakirə olunub.
Kargüzarlığın təkmilləşdirilməsi məqsədilə bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarlığı aparan işçilərin peşə hazırlığını artırmaq əsas vəzifə kimi qiymətləndirilib.
Bundan başqa, “Miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış qaydaları və bu qaydalardan irəli gələn tələblər”, “Məsuliyyətlilik-vəzifələrə məsuliyyətlə yanaşaraq onların vaxtında yerinə yetirilməsidir” mövzularında çıxışlar olub. Təlim Dövlət Miqrasiya Xidmətinin aidiyyəti struktur bölmələrinin və Milli Arxiv İdarəsinin əməkdaşları tərəfindən reallaşdırılıb.
Sonda təlimin və təlimçilərin qiymətləndirilməsi üçün sorğular keçirilib.
Dövlət Miqrasiya Xidməti