Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat katibi onun adından Azərbaycan və Ermənistan sərhədində baş verən silahlı insidentlərlə bağlı bəyanat verib.
“Ali nümayəndə Azərbaycan və Ermənistan arasındakı sərhəddə və Dağlıq Qarabağ münaqişəsi zonasının təmas xəttində iyunun 4, 5 və 6-da baş verən ciddi silahlı insidentlər haqqında məlumatlardan çox narahat olub və insanların həlak olmasından çox təəssüflənir “, – Trend-in məlumatına görə, bu barədə Aİ-nin şənbə günü yaydığı məlumatda deyilir… Trend.