ABŞ-da Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılıb

Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilmişdir.

Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti tərəfindən buraxılmış markanın çox populyar olduğu bildirilir. Poçt Xidməti rəsmisinin sözlərinə görə, marka amerikalı azərbaycanlılar tərəfindən hazırlanmışdır. Bu markanın alıcıları arasında başqa millətlərin nümayəndələri də çoxdur.