ABŞ-ın Portlend şəhərinin meriyası Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının ildönümü ərəfəsində ABŞ-ın Portlend şəhərinin (Men ştatı) meriyası Dağlıq Qarabağın, Zəngəzurun və Naxçıvanın islam dünyasında ilk dünyəvi parlament respublikası olan Azərbaycanın tərkibinə daxil olmasına dair tarixi faktın tanınması haqqında qətnamə qəbul edib.
Trend-in məlumatına görə, sənəddə qeyd olunub ki, AXC şimalda Qafqaz dağ silsiləsindən cənubda Araz çayına və şərqdə Xəzər dənizindən qərbdə Kərki kəndinə qədər uzanan ərazidə elan edilmişdi, öz tərkibinə Qarabağı, Zəngəzuru və Naxçıvanı daxil edib və bu sərhədlər də o dövrün dünya demokratik dövlətləri, həmçinin ABŞ tərəfindən tanınmışdı… Trend.