ABŞ-ın ştatı Dağlıq Qarabağdakı separatçı rejimi tanıdı

Layihəni Mayk Qato Kaliforniya parlamentinə təqdim edib…

Layihəni Mayk Qato Kaliforniya parlamentinə təqdim edib.

ABŞ-ın Kaliforniya Ştatında parlamentin komitəsi Azərbaycanın işğal altında olan torpaqlarında yaradılmış separatçı rejimin “müstəqilliyini” tanıyıb. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, sözügedən ştatın qanunverici orqanı Dağlıq Qarabağa demokratik dəstəyi inkişaf etdirmək üçün məsələ də qaldırıb. 

Kaliforniya Məclisinin hər iki palatasında səsvermə isə may ayının 8-də olacaq. 

Qeyd edək ki, “Dağlıq Qarabağ Respublikası”nın tanınması üçün qanun layihəsini Los-Anceles şəhərindən olan deputat Mayk Qato Kaliforniya parlamentinə təqdim edib.

www.oxu.az