ABŞ kəşfiyyatının hesabatı: Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı regionda gərginliyin potensial mənbəyi olaraq qalır

Yerevan və Bakı arasında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində yaranan qarşıdurma regionda potensial gərginlik mənbəyi olaraq qalır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepperin ABŞ təhlükəsizliyinə təhdidlər barəsində Konqresə təqdim etdiyi hesabda qeyd olunub…

Yerevan və Bakı arasında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində yaranan qarşıdurma regionda potensial gərginlik mənbəyi olaraq qalır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepperin ABŞ təhlükəsizliyinə təhdidlər barəsində Konqresə təqdim etdiyi hesabda qeyd olunub.

“Kəskin ritorika, tərəflər arasında inamsızlıq və qoşunların təmas xətti boyu baş verən zorakılıqlar vəziyyəti qəfildən çətinləşdirə biləcək riskləri artırır “,- deyə hesabatda qeyd olunub.

/Trend/