Diasporla İş üzrə Dövlət Komitəsi ictimaiyyəti Ağ Evin internet səhifəsində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınmasına dair yerləşdirilmiş petisiyada fəal olmağa çağırır…
Diasporla İş üzrə Dövlət Komitəsi ictimaiyyəti Ağ Evin internet səhifəsində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin işğalının tanınmasına dair yerləşdirilmiş petisiyada fəal olmağa çağırır. Komitədən APA-ya verilən məlumata görə, daha öncə Xocalı soyqırımına diqqət yetirilməsinə dair yerləşdirilmiş petisiyaya toplanılan imzalar fevralın 12-də saat 17:40-da 100.000 imza limitini keçib. Lakin buna baxmayaraq hələ də imza atanların sayı artmaqdadır.
Qeyd edək ki bu petisiya hazırda Ağ Evin internet səhifəsində olan 238 petisiya içərisində topladığı imzaların sayına görə ikinci sıradadır.
Dağlıq Qarabağ faciəsi ilə bağlı petisiyanın son tarixi isə 22 fevraldır. ABŞ administrasiyasının diqqətini bu münaqişəyə və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının tanınmasına yönəltmək üçün imzaların sayını 100 minə çatdırmaq lazımdır. Hazırda səslərin sayı 72 mindən bir qədər çoxdur.
Petisiyaya imza atmaq üçün bu linkdən istifadə etmək mümkündür: (https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-
armenian-military/mkKddcRt)
/Apa/