Amerikalı konqresmen Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Amerikanın Nümayəndələr Palatasının Ohayo statından olan konqresmeni Tim Rayan Xocalı soyqımı barədə bəyanat verib. Bu barədə Trend ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verib. “Mən 26 fevral 1992-ci ildə Azərbaycanın kiçik Xocalı şəhərində baş verən Xocalı soyqrımının beynəlxalq aləmdə tanınması üçün səy göstərən həmkarlarıma, insanlara qoşuluram…

Amerikanın Nümayəndələr Palatasının Ohayo statından olan konqresmeni Tim Rayan Xocalı soyqımı barədə bəyanat verib. Bu barədə Trend ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verib. “Mən 26 fevral 1992-ci ildə Azərbaycanın kiçik Xocalı şəhərində baş verən Xocalı soyqrımının beynəlxalq aləmdə tanınması üçün səy göstərən həmkarlarıma, insanlara qoşuluram. Təcavüz nəticəsində 613 azərbaycanlı qətlə yetirilib. Bu, Cənubi Qafqazın yeni tarixində törədilmiş ən dəhşətli hadisələrdən biridir “,- deyə Rayan qeyd edib.

O bildirib ki, hadisədən 21 il keçməsinə baxmayaraq, hələ də 150 Xocalı sakinin taleyi barədə məlumat yoxdur.

“Ermənistan-Azərbaycan müharibəsi zamanı çoxsaylı itkilər və işgəncələr Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu ilə deyil, siyasi yolla həllinin şərtləndirir. Münaqişənin ədalətli və hamı tərəfindən qəbul olunan şərtlər çərçivəsində həlli regionda stabilliyin, inkişafın və sülhün qorunmasının yeganə təminatıdır “,- konqresmen bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ hər iki tərəflə əməkdaşlıq edir.

“Biz Xocalı qətliamı zamanı həlak olmuş 613 nəfəri xatırlayır və kədərlənirik. İnsan hüquqlarının qorunmasının hamıya şamil edilməsi üçün birgə çalışırıq “, – Rayan bildirib.

/Trend/