Aqşin Mehdiyev: Ermənistan beynəlxalq hüquqa məhəl qoymur

Ermənistan, beynəlxalq hüquqa məhəl qoymayaraq, regionda sülhün təmin edilməsi üzərində konstruktiv işdən uzaqdır. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi hesab edir.
“Ermənistan Prezidenti Serj Sarkisyanın sentyabrın 23-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində ümumi müzakirələrdə təcavüzkar bəyanatı yolverilməzdir və Ermənistanın BMT Nizamnaməsi və beynəlxalq hüquq üzrə öz vəzifələrinə növbəti etinasızlığını sübut edir, həmçinin onu göstərir ki, bu üzv dövlətin rəhbərliyi regionda sülhün təminatı üzərində konstruktiv işləməkdən nə qədər uzaqdır “, – Ermənistan Prezidentinin sentyabrın 23-də ümumi müzakirələrdə çıxış etdiyi bəyanatla əlaqədar BMT Baş Assambleyasının 66-cı sessiyasının sədri adına göndərilmiş Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyevin məktubunda deyilir. Bu barədə Trend BMT-nin informasiya ofisinə istinadən məlumat yayıb…
Trend.