Araz Əzimov: GUAM-a üzv ölkələrin birgə fəaliyyəti zamanı münaqişələrin həlli vacib olmalıdır

Avropanın təhlükəsizliyinin təminatı növbəti 10 ildə bizim çiyinlərimizə düşür. Trend-in məlumatına görə, bunu Bakıda çərşənbə günü GUAM Parlament Assambleyasının (PA) 5-ci iclasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Əzimov deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin həll olunmasında nəzərəçarpan uğurlara imza atmır. XİN rəhbərinin müavini 2013-cü ildə Ukraynanın ATƏT-ə sədrlik edəcəyini xatırladaraq, bu ölkənin GUAM platformasını həmin sədrlik dövründə daima diqqətdə saxlayacağına ümidvar olduğunu bildirib.
“Nəzərə almaq lazımdır ki, Avropanın təhlükəsizliyinin təminatı növbəti 10 ildə bizim çiyinlərimizə düşür “, – Əzimov deyib… Trend.az