ATƏT uzunsürən münaqişələrin həlli üzrə işləri gücləndirməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Macarıstanın Aİ məsələləri üzrə dövlət katibinin müavini Gergeli Pryöxle (Gergely Prőhle) Vilnüsdə ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında deyib.
ATƏT-in saytında yerləşdirilmiş məlumatda deyildiyi kimi, XİNŞ-də çıxış edən Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya qeyd edib ki, Finlandiya da yubanmış münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir.
Avropa işləri üzrə britaniyalı nazir Devid Lidinqtonun sözlərinə görə isə, yubanmış münaqişələrin tərəfləri konstruktiv işlər görməlidirlər… Trend.