Azərbaycanın xarici işlər naziri ATƏT-in fəaliyyətdə olan sədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Vilnüsdə ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalislə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Trend-in xüsusi müxbirinin məlumatına görə, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.
Məmmədyarov Ajubalisə ATƏT-ə sədrliyi dövründə uğurlu fəaliyyət göstərdiyini bildirib və bu münasibətlə onu təbrik edib.
Ajubalis, öz növbəsində, Azərbaycana ATƏT-in işində fəal iştirak etdiyinə və fəal müzakirələrə öz töhfəsini verdiyinə görə minnətdarlığını bildirib.
Sonra görüş bağlı qapılar arxasında davam etdirilib.
Vilnüsdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası bu gün işinə başlayıb… Trend.