Avronest PA-nın komitəsinin növbəti hesabatında Dağlıq Qrabağla bağlı məsələ əksini tapacaq

Avronest PA-nın Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında regionda təhlükəsizliyin qarşısında duran təhdidlər öz əksini tapacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü Avronest Parlament Assambleyasının Bakıda keçirilən növbəti 2-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında qurumun həmsədri Kristian Vigenin bildirib.
“Burada Daqlıq Qarabağla yanaşı, Moldova və Gürcüstanda olan münaqişələr də əks olunacaq. Parlament Assambleyası olaraq biz çalışırıq ki, tərəflər arasında etibar, inam yaradaq “, – o deyib… Trend.