Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək

Fevralın 26-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək. Cəmiyyətdən Trend-ə daxil olan məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, “beyin mərkəzləri “nin təmsilçiləri, həmçinin media nümayəndələri iştirak edəcək…

Fevralın 26-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək. Cəmiyyətdən Trend-ə daxil olan məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, “beyin mərkəzləri “nin təmsilçiləri, həmçinin media nümayəndələri iştirak edəcək.

Tədbirdə Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq. Avropa İttifaqının üzv dövlətləri Çexiya və Rumıniya parlamentlərində Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət kimi tanınması barədə qəbul olunmuş qərarların əhəmiyyəti də vurğulanacaq.

/Trend/