“Avropa Şurası Dağlıq Qarabağa texniki missiya göndərməyə hazırdır”

Avropa Şurası Katibliyinin Mədəniyyət, Mədəni və Təbii İrs üzrə departamentinin ekspertləri Dağlıq Qarabağda mədəni-tarixi abidələrin durumunu dəyərləndirmək üçün ora səfər etməyə hazırdır.
Bu barədə APA-ya Avropa Şurası Katibliyinin Mədəniyyət və mədəni və təbii irs üzrə direktoru Robert Palmer məlumat verib. Lakin onun sözlərinə görə, belə bir missiyanı həyata keçirmək üçün hər iki tərəfin razılığını almaq lazımdır ki, indiyədək buna nail olunmayıb: “Biz hələ də hər iki hökumətdən razılıq gözləyirik… Apa.