Azərbaycan Türkiyədən tank əleyhinə idarə olunan raket kompleksləri alır

Azərbaycan Türkiyədən UMTAS və OMTAS tipli tank əleyhinə idarə olunan raket kompleksləri alır.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hazırda bu raketlərin Azərbaycan hərbçilərinin iştirakı ilə testləri keçirilir…

 

Azərbaycan Türkiyədən UMTAS və OMTAS tipli tank əleyhinə idarə olunan raket kompleksləri alır.

 

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hazırda bu raketlərin Azərbaycan hərbçilərinin iştirakı ilə testləri keçirilir.

 

Raket komplekslərini istehsal edən ROKETSAN nümayəndələrinin sözlərinə görə, Azərbaycan hərbçiləri hər iki raketi yüksək qiymətləndiriblər. Bu raketlər həm müxtəlif nəqliyyat vasitələri üzərində, həm də yer üstündə istifadə oluna bilir.

 

Azərbaycanın hərbi qurumlarından birinin ROKETSAN istehsalı olan «Cirit» tank əleyhinə raketi ilə də yaxından maraqlandığını deyən şirkət yetkililəri bu istiqamətdə də müəyyən fəaliyyətlərin olduğunu bildiriblər.

 

Qeyd edək ki, OMTAS adı verilmiş orta mənzilli tank əleyhinə raket 4000 metr, UMTAS adlı uzaq mənzilli tank əleyhinə raket isə 8000 metr mənzilə sahibdir. UMTAS nəqliyyat vasitələrinə, pilotsuz uçuş aparatlarına, helikopterlərə, kiçik hücum təyyarələrinə də inteqrasiya oluna bilir.

/Apa/