Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Voskevan və Berdavan kəndləri yaxınlığında; Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; işğal olunmuş Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı və Şirvanlı kəndləri yaxınlığında; Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar… Trend.