Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 26-da saat 11:10-dan 11:15-dək, martın 27-də saat 00:30-dan 00:40-dək, 02:40-dan 02:45-dək və 02:20-dən 02:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi; saat 02:55-dən 03:10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:40-dan 05:50-dək, 05:45-dən 05:50-dək və 05:50-dən 06:00-dək Füzuli rayonunun Qorqan, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar… Trend.