Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun həmləsini dəf edib, iki əsgərimiz şəhid olub

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev Trend-ə bildirib ki, çərşənbə günü Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub.
Abdullayev deyib ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib… Trend.